Çindəki şossedə meydana gələn yol qəzasında 4 nəfər dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, kamera görütülərini izləyəndən sonra qəzaya nəyin səbəb olduğu məlum olub. Yolu keçən qoyunlara görən 4 nəfər həyatını itirib. Həmin şəxslər yük maşının altında qalıb.

Videoda şosedə qarşıdan-qarşıya keçməyə çalışan 3 qoyun görünür. Qoyunlardan biri qərarsızlıq yaşayan zaman avtomobillə toqquşub. Heyvana dəyən maşın ani əyləc verməsiylə daha 2 avtomobillə toqquşub və zəncirvari qəza yaşanıb.

Hadisə də bundan sonra yaşanıb. Bütün avtomobillər idarəli bir şəkildə irəliləyərkən hadisə yerinə yaxınlaşan yük maşını avtomobillərlə toqquşmamaq üçün sükanı döndərib. Bununla da 4 adamın faciəvi şəkildə can verməsinə səbəb olub.