ABŞ-ın Kaliforniya ştatında naməlum silahlı şəxs məktəb ərazisində atəş açıb. 

Unikal.org-un  "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 nəfər ölüb.
Atəş açan şəxsin öldürüldüyü bildirilir.

Hadisə Tehama dairəsində ibtidai məktəbin həyətində baş verib. "Bir neçə məktəbli hadisə yerindən helikopterlə aparılıb, - deyə şerif müavini Fil Conston bildirib. Polis hazırda məktəb binasında və yaxın ərazidə axtarış tədbirləri aparır.