Futbol maçı zamanı faciə baş verib. Hadisə Rostov vilayətinin Azov rayonunda baş verib.

Unikal.org xəbər verir ki, Krasnodarda Argentina ilə Nigeriya arasında keçirilən yoxlama oyunundan sonra azarkeşləri aparan mikroavtobus qəzaya düşüb. 

Mikroavtobus yolun kənarında dayanmış "KamAZa çırpılıb. Qəza nəticəsində 5 nəfərin həlak olduğu bildirilir. Onlardan 2-si azyaşlıdır. 7 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, Nigeriya Argentina millisini 4:2 hesabı ilə məğlub edib.