İtaliyanın futbol üzrə yığmasının baş məşqçisi Campyero Ventura istefaya getməyə hazır olduğunu deyib. 

Unikal.org xəbər verir ki, Ventura bu barədə jurnalistlərə verdiyi açıqlamadaməlumat verib. Ancaq o, bunun üçün şərt də irəli sürüb. Mütəxəssis federasiyadan kompensasiya tələb edir.

Ventura istefaya getməsi üçün əvvəlcə 2,6 milyon avro kompensasiya alacağına ümid bəsləyirmiş . Ancaq sonradan fikrini dəyişib və hazırda 700 min avro tələb edir.

İtaliya pley-off qarşılaşmalarında İsveçə məğlub olaraq, DÇ-yə vəsiqə qazana bilməyib.