Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolunun inşası işləri qrafikə uyğun həyata keçirilir.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yoları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

"Bu ilin dekabrında artıq I faza üzrə işlər yekunlaşacaq. II faza üzrə işlərin isə gələn ilin birinci yarısında başlanılması nəzərdə tutulur", - C.Qurbanov qeyd edib.

Bu yaxınlarda Bakı-Tbilis-Qars dəmiryolunun açılışını xatırladan C.Qurbanov onun Azərbaycanın dividendlərini artıracağını da vurğulayıb