Türkiyənin Bolu şəhərində dəhşətli hadisə baş verib. 70 yaşlı kişi oğlunun nişanlısına təcavüz edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səlim.İ adlı yaşlı adam ruhi xəstə oğlunun 22 yaşlı nişanlısını zorlayıb. Onun gəlini də oğlu kimi ruhi xəstədir və öz qonşusunun qızıdır.

Hadisə bir neçə ay öncə baş versə də, kişinin günahı indi sübut edilib. Gəlininə təcavüz edən kişi bir müddət şərti olaraq azadlığa buraxılsa da, sonradan onun günahı sübuta yetrilib. 70 yaşlı kişi bu əməli törətmədiyini desə də, polis onu həbs edib.

Hadisə şahidi olan qonşuların danışdığına görə, Səlim İ. gəlini İ.C-yə qarşı evlərinin önündə təcavüz edib. Qız yaşlı kişinin qolunu dişləyib, hadisə yerindən yarı-çılpaq şəkildə qaçaraq, uzaqlaşıb. Bunu görən başqa bir qonşu vəziyyəti qızın ailəsinə xəbər edib.

Ailənin şikayətindən sonra Bolu Ağır Cəza Məhkəməsində Səlim İ.-yə 12 il həbs cəzası verilib.