Gimnastika idmanın populyar növlərindən biridir. Gimnastikanın -İdman gimnastikası, bədii gimnastika, akrobatik gimnastika, tamblinq kimi növləri vardır. Gimnastika ahəngdarlığı, cəlbediciliyi və özünəməxsus gözəlliyi ilə digər idman növlərindən fərqlənir.

Unikal.org xəbər verir ki, kişilərdə olduğu kimi qadınlarda da ölçüsü 12x12 metr olan xüsusi gimnastika xalçasında yerinə yetirilir. Xalça ətrafında eni 1 metr olan "təhlükəsizlik sərhədi keçir. Sərbəst hərəkətlər özündə ayrı-ayrı elementlərin (mayallaq aşmaq, salto, şpaqat, əllər üstə dayanma və s.) kombinasiyasını birləşdirir. Çıxış zamanı idmançılar maksimal dərəcədə xalçanın bütün sahəsini istifadə etməlidirlər. Proqramın və ayrılıqda elementlərin çətinliyi, həmçinin çıxışın təmizliyi və arxayınlığı qiymətləndirilir. Çıxışın qeyri-adiliyi və idmançının artistizmi də vacib amillərdəndir.

Amma hazırkı mövzumuz,  idman arenasından deyil, mayallaq aşmaq, salto, şpaqat, əllər üstə dayanma və s kimi hərəkət edən məşhur xanım gimnastlardır.  Bu xanımların bəziləri gimnastika üzrə idman arenalarında çıxış etməməsinə baxmayarq, onların etdikləri idman hərəkətləri heç də peşəkar idmançılardan fərqlənmir. Əksinə olaraq sosial şəbəkələr vasitəsilə onlar daha çox məşhurlaşırlar.

Unikal.org həmin idmançı xanımların görüntülərini təqdim edir: