Rusiya prezidenti Vladimir Putin çərşənbə günü, noyabrın 15-də, elm, mədəniyyət, incəsənət, təhsil, idman işçilərini, eləcə də kosmonavtları və təşkilat rəhbərlərini təltif edib.

Unikal.org-un Kremlin rəsmi saytına istinadən xəbərinə görə, Rusiya Qılıncoynatma Federasiyasının vitse-prezidenti, Rusiya yığma komandasının baş məşqçisi, ikiqat olimpiya çempionu, azərbaycanlı İlqar Məmmədov "Şöhrət ordeni ilə təltif edib.

RF prezidenti İlqar Məmmədovun ad günü olduğunu xatırladaraq, onu səmimi qəlbdən təbrik edib.