Aktrisa Pelin Karahan ötən gecə həyat yoldaşı Bedri Güntayla Etiler istiqamətində görüntülənib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, restoranlardan birindən çıxan cütlük jurnalistlərin suallarını da cavablandırıb.

Pelin ailə həyatının həmişəki kimi yaxşı getdiyini bildirib:

"Deyirlər, evlilik sevgini öldürür. Bizdə elə deyil. Ərimlə mən gündə 15 dəfə "Facetime vasitəsilə danışırıq.

Qeyd edək ki, reklamçı Bedri Güntayla 2014-cü ildə ailə quran P.Karahan Ali Demir və Eyüp Can adlı 2 oğul anasıdır.