Şəmkir rayon sakini qonşusuna balta ilə xəsarət yetirib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə rayonun Kür qəsəbəsinin Qasım İsmayılov kəndində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Əmiraslanov Bilal Tapdıq oğlu kəllə-beyin travması və kəllə sümüklərinin sınığı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, B.Əmiraslanov mübahisə zəminində qonşusu tərəfindən baş nahiyəsindən balta zərbəsi alıb.
Faktla bağlı araşdırma aparılır.