Ağsu rayonunda qeyri-adi hadisə baş verib.

Unikal.org-un Xəzərxəbər-ə istinadən məlumatına görə, yumurtanın içindən daha bir yumurta çıxıb. Rrayon sakini yumurtanın böyüklüyündən və çəkisinin ağırlığından şübhələnib. Ona görə də yumurtanı qırarkən onu videoya çəkmək qərarına gəlib. Yumurtanın içindən öz sarısından əlavə qabıqlı daha bir yumurta çıxıb.
Məsələ ilə bağlı Zoologiya İnstitutunun əməkdaşı Sevinc Rəcəbovanın sözlərinə görə, bu anomaliya hadisəsidir və dünyada baş verən nadir insidentlərdəndir. Yumurtanın içində iki sarının olması adi hal olsa da, qabıqlı daha bir yumurtanın çıxmasına az-az hallarda rast gəlinir. Ancaq belə yumurtanın yeyilməsi orqanizm üçün zərərli hesab olunmur.
S.Rəcəbova vurğulayıb ki, toyuq düzgün qidalanmadıqda, yəni hər gün eyni yemi yedikdə və ya güclü işıqlanmaya məruz qaldıqda da bu hal baş verə bilər.