Tovuzda bıçaqlanma hadisəsi olub.

Unikal.org report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Sumqayıt sakini Qasımov Cavid Fəzail oğlu Tovuza qonaq gedib və bibisi tərəfindən bıçaqlanıb.

Bıçaqlanan C.Qasımov bibisinin evinə zorla daxil olub, bu zaman bibisi onunla mübahisə edən zaman qadın qardaşı oğlu tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın mətbəx bıçağına əl ataraq onu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edən yaralının vəziyyəti ağırdır.  

Faktla bağlı araşdırma aparılır.