Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gəlib.

Unikal.org AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

***

Prezident İlham Əliyev Xırdalanda Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.

***

Prezident İlham Əliyev noyabrın 16-da Xırdalan şəhərində Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı prezidentə məlumat verib.

Abşeron Olimpiya İdman Kompleksi ölkədə 42-ci Olimpiya İdman Kompleksidir. Tikinti işləri ən yüksək səviyyədə aparılıb.

Komplekslə tanışlıqdan sonra prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşüb.

Güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

***10:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonunda "Zəhmət-Ruzi MMC-nin fəaliyyəti ilə tanış olub.

Unikal.org xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Abşeron rayonu üzrə maliyyələşdirilmiş investisiya layihələri, o cümlədən müasir texnologiyalara əsaslanan investisiya layihələrinə ayrılan güzəştli kreditlər, istifadəyə verilən, tikilməkdə olan və inşası nəzərdə tutulan istehsal və emal müəssisələri barədə dövlətimizin başçısına məlumat verdi.

Qeyd olundu ki, son illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 milyon manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 8700 yeni iş yeri açılıb.

Bildirildi ki, "Zəhmət-Ruzi MMC-nin dəyəri 42 milyon manat olan logistika mərkəzi, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksinin ərsəyə gəlməsinə Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 8,3 milyon manat güzəştli kredit ayrılıb. Götürülən kredit artıq tam qaytarılıb.

Prezident İlham Əliyev müəssisə tərəfindən istehsal edilən və "SAB -"Made in Azerbaijan brendi altında bazara çıxarılan ət və süd məhsullarının istehsalı prosesi ilə tanış oldu, hazır məhsullara baxdı.

*** 11:33

Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, məktəbin tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə başlanılıb. Yüksək keyfiyyətlə aparılan inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Yeni məktəb 1200 şagird yerlikdir, burada 41 sinif otağı var. Ən müasir avadanlıqla təchiz edilən məktəbdə fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, 163 yerlik akt zalı, həmçinin hər cür şəraiti olan yeməkxana yaradılıb. Burada iki emalatxanada da tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait var. İdman salonu zəruri avadanlıqla təchiz edilib.

Bu məktəbdə yaradılan şərait təsdiqləyir ki, son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və uğurla həyata keçirilir. Azərbaycanda yüzlərlə yeni məktəb binasının tikilməsi, mövcudlarının əsaslı surətdə yenidən qurulması nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb.

***11:54

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, məktəbin tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə başlanılıb. Yüksək keyfiyyətlə aparılan inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Yeni məktəb 1200 şagird yerlikdir, burada 41 sinif otağı var. Ən müasir avadanlıqla təchiz edilən məktəbdə fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, 163 yerlik akt zalı, həmçinin hər cür şəraiti olan yeməkxana yaradılıb. Burada iki emalatxanada da tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait var. İdman salonu zəruri avadanlıqla təchiz edilib.

Bu məktəbdə yaradılan şərait təsdiqləyir ki, son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və uğurla həyata keçirilir. Azərbaycanda yüzlərlə yeni məktəb binasının tikilməsi, mövcudlarının əsaslı surətdə yenidən qurulması nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb.