Los-Ancelesdə keçirilən Asiya Film festivalında ilk türk münsif kimi iştirak edən aktrisa Tuba Büyüküstün Hollivud ulduzu Ancelina Coli ilə görüşüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuba dünya ulduzu ilə sosial layihələr və film haqqında danışıb. Tuba ilə Ancelina "Onlar əvvəlcə atamı öldürdülər (First They Killed My Father) filminin nümayişindən sonra bir araya gəliblər.