Xəbər verdiyimiz kimi, noyabrın 2-də həbsdən buraxıldıqdan sonra İstanbulda köçən məşhur kriminal avtoritet "Lotu Qulini öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o, cümlədən "Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür alışveriş mərkəzində saxlanılıb. İddalara görə, killer dəstəsinə öldürülmüş "qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və "Maxləqəbli Sabri Şirin başçılıq edib.

Unikal.org xəbər verir ki, hadisə ilə bağlı İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaq işini başa çatdırıb və bu gün səhər "Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, qanuni oğru Hacı Beyləqanski və digər 11 nəfər məhkəməyə aparılıb.