Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107 min 459 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.

Məlumata görə, doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub.

Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.

Bununla yanaşı, cari ilin 9 ayı ərzində ölkədə 43089 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.