"Liverpulun yarımmüdafiəçisi Filippe Koutinyo açıqlamasıyal gündəmə gəlib. O heç bir futbolçuya bənzəmək istəmədiyini bildirib.

Unikal.org xəbər verir ki, braziliyalı futbolçu yalnız özünü inkişaf etdirməyə kökləndiyini deyib:

"Düzünü deyim, heç vaxt hansısa futbolçuya oxşamağı arzulamamışam. Məncə, öz üzərində çalışmaq, oyun keyfiyyətini yaxşılaşdırmaq daha yaxşıdı. Hər gün ən yüksək formama çatmaq üçün çalışıram. Meydanın hər tərəfində mübarizə aparıram - indi əvvəlkindən daha yaxşı hücum edir və daha yaxşı müdafiə olunuram. Lakin hələ də, öz inkişafımı tamamladığımı düşünmürəm.

Koutinyo cari mövsümdə şans qazandığı 9 oyunda 4 qol vurub.