İstanbulda "qanuni oğru Nadir Səlifova qarşı sui-qəsd hazırlayan polkovnik Namiq Canıyevin rəhbərlik etdiyi 13 nəfərlik dəstənin ticarət mərkəzində görüntüləri yayılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Şirinlər dəstəsinə qarşı yönələn həmin əməliyyat görüntülərində üstlərində silah olan, 4-ü azərbaycanlı olmaqla 13 nəfərin ticarət mərkəzinə X-ray cihazından keçmədən daxil olduğu ortaya çıxıb. Cinayətkar dəstə ilə anlaşdığı məlum olan ticarət mərkəzinin təhlükəsizlik rəisi də saxlanılıb.

Xatırladaq ki, iddiaya görə, ötən il Beşiktaşda güllələnərək öldürülən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev onun intiqamını almaq üçün "Şirinlər dəstəsi ilə razılaşıb. Canıyevin qətlinin sifarişçisi olduğu ehtimal edilən "Lotu Quli ləqəbli N.Səlifovu öldürmələri üçün cinayətkar dəstəyə 5 milyon dollar təklif edib.