Xəbər verdiyimiz kimi, "Qarabağ noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Çelsini qəbul edəcək. Matç 21:00-da başlayacaq.

Unikal.org-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Bakı Olimpiya stadionunda keçiriləcək oyunun bütün biletlər sahibini tapıb.

Xatırladaq ki, ölkənin ən böyük arenası olan Olimpiya stadionunun tutumu 69 870 yerlikdir.