Topaz Premyer Liqasının 12-ci turunda "Neftçinin qonağı olacaq "Qəbələ Bakıdakı matçda bir neçə oyunçusunun xidmətindən məhrum olacaq.

Unikal.org xəbər verir ki, "qırmızı-qaralar 8-ci km stadionunda keçiriləcək oyunda cəzalı Cavid Hüseynovla yanaşı, zədəli futbolçuları Vitali Vernidub və Rasim Ramaldanovun xidmətindən istifadə edə bilməyəcək. Bundan əlavə, bölgə təmsilçisinin şotlandiyalı yarımmüdafiəçisi Endi Hollideyin də zədəsi var. Onun oyuna kimi tam hazır olub-olmayacağı bəlli deyil.
 
Uzun müddət zədə səbəbindən yaşıl meydandan kənarda qalan, bir neçə gün öncə fərdi hazırlıqlara başlayan Filip Ozobiç isə artıq komanda ilə məşqlərə qatılır.

"Neftçi - "Qəbələ oyunu noyabrın 19-da saat 17:00-da başlayacaq.