"Beyaz TV"də yayımlanan "Həyatda hər şey var" proqramında maraqlı anlar yaşanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcısı Nur Viral olan verilişə bir qadın izləyici zəng vurub.
Adını vermək istəməyən bir tamaşaçı, 2,5 ildir evli olduğunu və əri tərəfindən aldadıldığını söyləyib: "Mən şiddətə məruz qaldım və həyat yoldaşımın anası da məni təhqir edirdi. Boşanma ərəfəsində ərim mənə əxlaqsız bir təklif də etdi. Ərim mənə başqası ilə yatağa girməyimi təklif etdi".