"Türkiyə iranlı iş adamı Rza Zərrabla bağlı ABŞ-a iki dəfə nota verib".

Unikal.org "Milliyet"ə istinadın xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə ilk notaya cavab verilmədiyindən ABŞ-a ikincisini təqdim edib: "Ötən gün ABŞ Ədliyyə Nazirliyindən, həm də Dövlət Departamentindən səfirliyimizə yazılı cavab gəlib. Məktubda Rza Zərrabın sağlıq durumunun yaxşı olduğu, başqa bir yerdə saxlanıldığı, heç bir problem olmadığı qeyd edilib".