Radə Abbas: "Müharibə veteranlarına verilən müavinətin artırılmasına ehtiyac var

Yaşadığımız cəmiyyətdə dövlətin diqqətinə və sosial qayğıya ehtiyacı olan, hüquqları pozulan vətəndaşlar arasında həyatını ölkəmizin müstəqilliyi və azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda təhlükəyə atan keçmiş döyüşçülər də var. Və dövlət torpaqlarımızın müdafiəsi zamanı düşünmədən od-alova atılmış qazilərin də sosial təminatını təmin etməyə çalışır.Bildiyimiz kimi, Qarabağ əlilləri bu gün cəmiyyətimizdə xüsusi yeri olan və insanların hər zaman hörmətlə yanaşdığı təbəqədir.Varlıqları ilə hər zaman qürur duyacağımız bu şəxslər - Vətənimizin müdafiəsində, torpaqlarımızın düşmən təcavüzündən qorunmasında iştirak etmiş Qarabağ müharibəsi iştirakçıları - əlillər, həm də xüsusi qayğıya ehtiyac duyan insanlardır.

Müsahibimiz, Qarabağ müharibəsi veteran, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasdır.

-Radə xanım, müharibəyə getmək qərarına necə gəldiniz?

-İlk ordumuz 1991-ci ilin noyabrında yarandı.Səfərbərlik élan olundu. Mən o vaxtlar akademik Mustafa Topçubaşov adına İnstitutun cərrahiyə bloqunun təcili təxirəsalınmaz şöbəsinin tibb bacısı idim. Bir gün dedilər ki, baş həkim səni çağırır.Tez getdim.Baş həkim Ağdam qospitalına getdiyini və orada təcrübəli tibb bacısına ehtiyac olduğunu söylədi.Necə gedə biləcəyimi soruşdum.Onun tapşırığı Müdafiə Nazirliyinə getdim.Onu da deyim ki, o vaxtlar nazirliyin tibb idarəsinin cəmi 4 nəfər əməkdaşı var idi.Bütün ağırlıq 4 nəfərin üzərinə düşürdü. O zaman Yusif Mirzəyevə dedim ki, müharibəyə getmək istəyirəm. Saata baxıb dedi ki, gecdir, bu gün get sabah gələrsən. Amma o gördü ki, mən evdən əşyalarımı götürüb çıxmışam. Dedim ki, getmirəm, sizin otağınızda yataram, sabah tezdən gəlib göndərərsiniz. Sabah açıldı-¦Kəlbəcər rayon rəhbərlərindən birinin maşını ilə Ağdama getdim. O vaxt bizim hospital Ağdamda dəmir yolunun üzərindəki vaqonlarda yerləşirdi. Biz iki ay sanitar vaqonlarda fəaliyyət göstərmişik.Vaqonların tez-tez yeri dəyişdirilirdi ki, düşmənin hədəfinə çevrilməsin.Sonra qospital Ağdam rayonunun Mahrızlı kəndinə köçürüldü.Rahib Məmmədovun adını daşıyan məktəb bizim yataq yerimiz oldu.Ora çox balaca idi, yaralılar çox olurdu. Amma may, iyun aylarında ordumuz çox gözəl döyüşürdü. Xainlər hələ torpaqlarımıza ayaq açmamışdı. O zaman qalibiyyət vardı deyə, heç yatmaq da yada düşmürdü. Elə bil Allah bizə ruh yüksəkliyi vermişdi.Təsəvvür edin ki, o vaxtlar təcili yardım yox idi, yaralıları yük maşınları ilə gətiridilər.Elə olurdu ki, yolda çoxu qanaxmadan ölürdü.Amma çox cəld işləyirdik, çalışırdıq ki, itki minimum olsun.Müharibəyə gedəndə 30 yaşım vardı.Mənim üçün vətənin azadlığı hər şeydən vacib idi.O vaxtki gənclərdə vətənpərvərlik hissləri daha güclü idi, ölümdən qorxmurdular, Qarabağın azad olunması üçün canlarını belə qurban verməyə hazır idilər.

-Bugünkü Azərbaycan gəncliyi Qarabağ problemi, ermənilərin azərbaycanlılara qarşı etdiyi terrorizm əməlləri haqqında kifayət qədər məlumatlıdırlarmı?

-Bu gün bizim gəncliyimiz İŞİD dağıdıcı dəstəsinə qoşulursa demək ki, biz gəncliyimizi yetərincə məlumatlandırmırıq. Dəyərləndirmirik.

-Qarabağ qaziləri və əlillər üçün hansı güzəşt və imtiyazlar var?

-Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir.Aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı var.

2001-ci ildən imtiyazların bir qrupu ləğv edildi. Hazırda bu qrupdan olan insanlar üçün xeyli imtiyazlar mövcuddur. Torpaq, mənzil növbələri, pulsuz sanatoriya kurort və xəstəxana müalicəsi nəzərdə tutulub, bir necə bərpa mərkəzləri mövcuddur. Bu yaxınlarda tədbirlərimizin birindəMilli Məclisinin deputatı və Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbliyə bəzi təkliflər verdik.Bərpa mərkəzlərinin olması yaxşı haldır. Təəssüf ki orda uzunmüddətli növbələr var, dərman pereparatlarının çatışmazlığı var, kurortların münasib zamanlarda əlillərin ixtiyarına verilməməsi bizi narahat edir.

Azərbaycan müharibə şəraitindədir.Belə halda vətəndaşlar, gənclərimizin vətənpərvər ruhda yetişməsi önəmli amillərdən biri və ən başlıcasıdır.Dövlətimizin də bunu nəzərə alaraq, şəhid ailələrinin mənzil və məişət problemlərinin həllini öz üzərinə götürməsi nümunəvi, təqdirəlayiq haldır.Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzillər verilir, bu çox yaxşı haldır.Ürək ağrısı ilə qeyd edimki müharibə veteranları üçün mənzillərin verilməsi nəzərədə tutulmur.Artıq yaşı 60 keçmiş bu insanların nə zaman evi olacağı bəlli deyil.Ölkəmizdə müharibə veteranı statusu olan şəxslərə isə kommunal, nəqliyyat xərcləri üzrə güzəştlərin əvəzinə aylıq müavinət verilir.Bu müavinətin verilməsi müharibə veteranlarının sosial müdafiəsinə yönəldilib.Son illər müharibə veteranı müavinətinin məbləği artırlıb.Qiymətlər bahalaşdığı üçün yenə də artırılmasına ehtiyac var.

-Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində bir milyona yaxın vətəndaşımız öz torpaqlarından məcburi köçkün düşüb, bu yerlərdəki milli-mənəvi və maddi-mədəniyyət abidələri yerlə-yeksan edilib.Bu barədə həqiqətlərin dünyaya çatıdırılmasında vətəndaş cəmiyyətinin gördüyü işləri necə dəyərləndirirsiniz?

-Rəhbəri olduğum "Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi 31 may 1999-cu ildə təsis olunub. 19 aprel 2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatına alınıb. Təşkilatımız Azərbaycanın ictimai həyatında baş verən işlərdə yaxından iştirak edir.2010-cu ildə"Beyləqan və İmişli rayonlarında məskunlaşmış qaçqin və məcburi köçkünlərin insan haqları ilə bağlı vəziyyətinin öyrənilməsi, demokratiya əsasında maarifləndirilməsi vəhüquqi yardımın göstərilməsi, 2012-ci ildə"İmkansız ailələrin üzvlərinə ödənişsiz peşə-ixtisas öyrətmək məqsədi ilə Tədris-Məişət mərkəzinin fəaliyyətinin gücləndirilməsi, 2013-cü ildə"Azərbaycanin həqiqətlərinin və Ermənistanın təcavüzünün dünyaya çatdırılması, 2015-ci ildə isə"Ermənilərin Qarabağda tarixini, mədəni abidələrimizi məhv etmələri və törətdikləri soyqırımlar haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması adlı layihələrinin rəhbəri və koordinatorı olmuşam.

Bilirsiniz ki, Azərbaycanın başı üstünü illərdir qara buludlar alıb. Talehin acı qismətindən biz ermənilərlə qonşu yaşamaq məcburiyyətindəyik. Evimizdən ev, çörəyimizdən çörək verdiyimiz bu nankorların məkirli əməllərinin acı nəticələri bizim vətənimiz üçün çox fəlakətlər gətirib. Müharibə veteranı qadınların da 85 faizi qaçqın və məcburi köçkündür, vətən həsrəti ilə yaşayırlar. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində bir miyondan çox azərbaycanlı qaçqın və məncburi köçkünlük həyatı yaşamağa davam edir. Məcburi köçkünlük şəraitində doğulan uşaqların artıq evlilik yaşları yetişib. 3-cü nəsil dünyaya məcburi köçkün kimi göz açacaq. Onuda deyim ki artıq qaçqın və məcburi köçkünlərin sayı bir milyon yarıma yaxındır. Dağlıq Qarabağda, ermənilərin strateji məqsəd üçün işğal etdikləri Azərbaycanın digər rayonlarında Azərbaycan əhalisinin maddi və mənəvi itkilərinin əvəz olunması mümkün deyil. Beləki 30 000 nəfərə yaxın Azərbaycan övladı şəhid edilib. 50 minə yaxın insan əllil edilib. 4000 nəfər azərbaycan vətəndaşı itkin düşüb. Bunlardan 450 nəfəri 3 yaşından 79 yaşına qədər olan qadınlardır. Səhiyyə, elm, təhsil ocaqları, tarix diyarşunastlıq muzeyləri, məzarlıqlar, saysız hesabsız tarix mədəniyyət abidələri məhv edilib. Ümumilikdə Azərbaycana 180 milyard ABŞ dolları dəyərində zərər dəyib ki bu zərərdə hər gün dahada artır. Azərbaycan əhalisinin qızıl, gümüş, mərmər filiz yataqları ermənilər tərəfindən vəhişiklə talanır.

-Qarabağ həqiqətlərinin təbliği istiqamətində hansı tədbirlərdə iştirak etmisiniz?

-Əslində mənim iştirak etdiyim tədbirlərin demək olar ki, hamısı iki- üç tədbir müstəsna olmaqla Qarabağ həqiqətləri, Qarabağ probleminin həlli və təbliği istiqamətində olan tədbirlərdir. Azərbaycan Respublikasının Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz tədbirlərin hamısı Qarabağ həqiqətlərinin təbliği formatında qurulur. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İçtimai Birliyinin Almaniya, Türkiyə Hollandiya, Rusiyada həyata keçirdiyi çoxsaylı tədbirlər Azərbaycan həqiqətlərinin təbliğini üçün keçirilib.

-Vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı tədbirlər həyata keçirmisiniz?

-Mən təşkilatımızın xətti ilə həyata keçirdiyim hər bir tədbir vətənpərvərliklə bağlıdır. Unversitetlərdə, orta məktəblərdə, idarə müəssisələrdə ən başlıcası isə hərbi hissələrdə vətənpərvərliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər həyata keçirmişik.

-QHT-lər Qarabağ əlilləri və müharibə iştirakçılarına hansı formada dəstək ola bilir? Hansı işlər görülüb?

Siz mətbuat adamı olduğunuz üçün hər halda mətbuatı və sosial şəbəkələri izləyirsiniz. Müharibə adamlarının çoxsaylı problemlərinin həlli məhz QHT-lərin müdaxiləsi və köməkliyi ilə həyata keçirilir. Şəhid ailələrinin və digər həssas qrupdan olan insanların sağlamlığı, mənzili, övladları ilə əlaqədar qarşılaşdıqları problemlərin həlli üçün bir çox QHT sədrləri çox geniş fəaliyyət göstərir.

Elcan