Bərdədə zəlzələ olub. 

Unikal.org-un Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə,  bu gün saat 20:43:42-də Bərdədən 8 km cənub-qərbdə zəlzələqeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.  Yeraltı təkanlar Ağdamrayonunda da hiss olunub. 
Yeraltı təkanlar rayonun əksər kəndlərində hiss olunub. Rayon ərazisində dağıntı və tələfat barədə məlumat yoxdur. Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib.