CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 63,28 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,41 dollar/barel çoxdur. 

Unikal.org xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 62,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 15-də 59,95 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 15-də 61,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,28 dollar/barel çoxdur.