Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzi dəmir yolu vağzalında silahlı insident baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bir şəxs bir neçə dəfə odlu silahla havaya atəş açıb.
Polisin keçirdiyi xüsusi əməliyyat zamanı həmin şəxs saxlanılıb. 

İnsident barədə hələ rəsmi məlumat verilmir.