Zaur Kamal "5də 5 verlişinin "Elçilik rubrikası nümayiş olunub.

Unikal.org xəbər verir ki, oğlan evi qız evini razı sala bilmədiyi üçün qız qapısına Zauru göndərib. Zaur qızın evinə gəlib və anası ilə həmsöhbət olub. Söhbət zamanı məlum olub ki, Zaurun elçi getdiyi qız 7-ci sinif şagirdidir. Qzın cəmi 15 yaşı var. Anası qızın oğlanı istəmədiyini, özünü öldürməklə hədələdiyini söyləyib. O, qızının hələ uşaq olduğunu, məktəbdə oxuduğunu və evlənmək barədə düşünmədiyini deyib. Buna baxmayaraq, aparıcı qızı onlara vermələri üçün təkid edib.