Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan silahlı qüvvələri üçün yeni "Rəşadət ordeni təsis edilməsi ilə bağlı layihə müzakirə olunub.

Unikal.org-un məlumatına görə, ordenin təsdiq olunması ilə bağlı layihə prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub.

Layihəyə görə, "Rəşadət ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunacaq:

- Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

- Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

- Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;

- Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə və s.


Layihədə bildirilir ki, "Rəşadət ordeninin 3 dərəcəsi var. 1-ci dərəcəli "Rəşadət ordeni ən yüksək dərəcədir. Layihə səsə qoyularaq qəbul olunub.