Bu gün Topaz Premyer Liqasında 12-ci tura start veriləcək. Unikal.org-un məlumatına görə, ilk oyun günündə yalnız 1 görüş keçiriləcək. Turun açılış matçında "Qarabağ "Sumqayıtı sınağa çəkəcək.

Qeyd edək ki, turun 2 oyunu şənbə, 1 matçı isə bazar günü keçiriləcək.


Topaz Premyer Liqa

12-ci tur

17 noyabr

18:30. "Qarabağ - "Sumqayıt
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev
Bakı Olimpiya Stadionu

18 noyabr (şənbə)

13:00. "Keşlə - "Zirə
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
"İnter Arena

15:00. "Kəpəz - "Səbail
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

19 noyabr (bazar)

17:00. "Neftçi - "Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
8-ci km stadionu