Samux rayonunda 7 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Samux şəhər sakini, 2010 -cu il təvəllüdlü Qocayeva Əsma Samir qızı oyun oynarkən hündür hasardan yıxılaraq ağır xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.