Xəbər verdiyimiz kimi, Xırdalan şəhərində fəaliyyət göstərən "AAAF Park ərazisində yerləşən bütün obyektlər satışa çıxarılıb. Satışa çıxarılan ticarət və iaşə obyektlərinin dəyərindən çox aşağı qiymətə təklif olunduğu qeyd olunur. 

Unikal.org bildirir ki, şirkət rəhbərliyinə dekabr sonuna kimi vaxt qoyulub. 

Hazırda AAAF-ın banklar və vergi daxil olmaqla, ümumilikdə 12 milyon manat borcu var. Şirkət yeni ilin ilk gününə kimi bank və vergi borcunu ödəməzsə əməlakı müsadirə olunacaq. Bu problemlər AAAF Parkın tərkibində fəaliyyət göstərən "Zirvə İdman Klubuna da öz təsirini göstərib. Klubun üzvləri elə bu səbəbdən 2 ilə yaxındır ki, maaş ala bimir. 

"Zirvə" İK-dan isə bildirilib ki, heç bir idmançının maaşı gecikmir, hər ay vaxt-vaxtında ödənilir.