Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikak.org lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisindən 43 yaşlı Vahid Babayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan yaralını dindirmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə V.Babayevin Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Ramil Quliyev tərəfindən bıçaqlanması məlum olub və o tutulub.

Araşdırma aparılır.