Türkiyənin Kocaeli vilayətində polis avtomobildə bir oğlanla intim münasibətdə olan qadını parkın heç kim olmayan hissəsinə aparıb təcavüz ediblər.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki polis əməkdaşı avtomobildə intim münasibətdə olan oğlan və qıza yaxınlaşaraq xəbərdarlıq edib. Daha sonra qadını avtomobildən çıxararaq tənhalıq olan yerə aparıb zorlayıblar. Olaydan sonra qadın polislər tərəfindən təcavüzə məruz qaldığı barədə şikayət edib. Qadın zorlama zamanı istifadə edilmiş salfeti dəlil kimi istintaqa təqdim edib.

Çayırova qəsəbəsində qadını zorlayan 25 illik polis əməkdaşı K.T. və iş yoldaşı 15 illik polis N.U. vəzifələrindən kənarladırılaraq, həbs olunub.