Argentina Hərbi Dəniz Qüvvələrinin "San-Xuan adlı sualtı hərbi qayığı itib.

Unikal.org-un "RİA Novosti agentinə istinadən verdiyi məlumata görə, Argentina sahillərində itən sualtı qayıqda 44 heyət üzvü var.
Uşuayya limanından Maar-del-Plata şəhərinə gedən sualtı qayıqla əlaqə kəsilib. Axtarışlara təyyarələr və gəmilər göndərilib. Qayıqla sonuncu dəfə noyabrın 15-də əlaqə yaradılıb. "San-Xuan sualtı döyüş qayığında yanğın, yaxud hər hansı texniki problem yarandığı ehtimal edilir.

Qeyd edək ki, Almaniyada istehsal olunmuş və uzunluğu 66 metr olan "San-Xuan sualtı döyüş qayığı 1985-ci ildə Argentina Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.