Suriyanın şərq bölgəsində, Deyr-ez-Zor əyalətində partlayış baş verib.

Unikal.org-un "Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarət-keçid məntəqəsində terrorçu-kamikadze özünü partladıb.

Hadisə nəticəsində azı 35 nəfər ölüb. Partlayışın İŞİD qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.