CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 16-da 63,15 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,13 dollar/barel azdır. 

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 16-da 62,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 16-da 59,73 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 16-da 61,14 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,12 dollar/barel azdır.