Neftçalada yanğın hadisəsi baş verib.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonunun Şirvanlı kəndində gözətçi otağı kimi istifadə olunan vaqonun şüşə pambıq üzlüyü yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.