Türkiyənin məşhur 37 yaşlı modeli Seçkin Piriler həyat yoldaşından ayrılmasına səbəb olan qadını məhkəməyə verməyə hazırlaşır.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seçkin Piriler, eks əri Kaan Tangöze ilə evlliliyi dövründə boşanmasına səbəb olan həmkarı Kıvırcık Uralı məhkəməyə verəcəyini açıqlayıb:

"Bəli, mən onu məhkəməyə verməyə hazırlaşıram. Görürəm ki, əhatəmdə mənim kimi elə adamların qurbanı olan bir çox qadın var. Atacağım addım onlar üçün bir nümunə olacaq. Ümüdvaram ki, onlar bir daha evli kişilərə qovuşmazlar".