"Rəhmətlik Hüseyn Dərya və Elşad Xose tok-şouların birində dedilər ki, narkotik vasitədən istifadə etmişik.

Unikal.org-un xəbərinə görə, bu barədə Baku.ws-ə müsahibəsində tanınmış reper Anar Nağılbaz deyib.

-Yeni layihələriniz haqqında danışardınız...

-Aytənim mahnısına klip çəkildi və klipimizin təqdimatı keçirildi. Bu mahnı sevdiyim xanıma həsr olunub.

-Çəkildiyiniz film haqqında məlumat verərdiniz...

-"American Love (Amirekan Sevgisi) adlı kiçik bir filmin çəkilişi Amerikada baş tutacaq. Filim senarsi, musiqisi və sözləri mənə, rejissorluğu isə Süleyman Musazadəyə aiddir.

-Siz filmdə hansı obrazda rol alırsınız?

- Həyatda itmiş və səfil kimi yaşayan bir obrazdır.

-İlk qazandığınız pul nə qədər olub?

-Həcmi yadımda deyil amma normal olduğunu bilirəm. Çünki 1992-ci ildən ilk konsertlərimi verməyə başlamışdım. O dövr üçün çox normal idi.

-Bir müddət əvvəl sosial şəbəkədə iş axtarırdınız. Mədəniyyət evlərdən birində müavini idiniz. O iş necə oldu? Sizi çıxartdılar ya maaşı qane etmədi?

- Ümumiyyətlə mədəniyyət və tibb sahələrində maaşlar azdır, bu heç kimə sirr deyil.

-Son vaxtlar kəskin statuslarınız ilə seçilirsiniz. Bunu insanlar necə qəbul etsin. Aqressivliyinizə səbəb atanızın vezifədən getməyinə etirazdır?

- Sadəcə olaraq bir az xislətdən də irəli gəlir ki, hansısa bir işləri aşılamaq üçün, onları çatdırmaq üçün bu kəskinlik özü də bir rol oynayır.

-Gənclik illərinizdə bir sıra məşhur xanımlarla sevgi münasibətiniz vardı. Nə yaxşı həmin xanımlardan biri ilə ailə həyatı qurmadınız?

- Çox maraqlı sualdır. Bu barədə heç düşünməmişəm. Çünki ailə quracağım insanı bu sahədən görməmişəm və hiss etməmişəm. Bəlkə də ona görə.

-Atanız rep deməyinizə razı olmayıb. Sonradan necə oldu?

- Ümumiyyətlə mənim heç bir konsertimə, televiziyadakı çıxışlarıma atam xoşlamaz baxmağı. Atam muğamdan başqa heç nə sevmir.

-Narkotikdən necə canınızı qurtardız?

- İstifadəçisi elə də olmamışam axı. Rəhmətlik Hüseyn Dərya və Elşad Xose tok-şouların birində çıxdılar dedilər ki, hər istifadə etmişik filan. Onlar artıq bizim sənət haqqında belə pis yaratdılar ki, bunların işi-peşəsi elə bundan ibarətdir.