Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, yolda hərəkət edən "VAZ-2110" markalı avtomobil qarşısındakı yük maşınına çırpılıb. İdarəetməni itirən yük maşını isə yoldakı maneəyə dəyib.

İlkin ehtimala əsasən, "Lada"nın sürücüsü idarəetməni yağmurlu hava şəraiti səbəbindən itirib. Xəsarət alan yoxdur.