Ermənistan Silahlı Qüvvələrində xidmətə çağrılan boksçu Qoro Gözəlikyan tank bölüyündə artıq xeyli "məşhurlaşıb.

Unikal.org Emənistan KİV-inə istinadən xəbər verir ki, o, hər cüzi məsələ üstündə əsgər yoldaşlarını döyür.
Artıq Q.Gözəlikyan özünün "qaydasız döyüş yarışlarına başqa bölmələrin əsgərlərini də cəlb edib. Bu günlərdə onun "qəhrəmanlığı səbəbindən başqa bölükdə xidmət edən hərbi qulluqçu Qaqik Nersesyan hərbi hospitala düşüb.
Q.Gözəlikyanın döyərək ağır bədən xəsarətləri yetirdiyi əsgərin ailəsi şikayət etməsin deyə, Q.Nersesyanın valideynlərinə hadisə ilə bağlı heç bir məlumat verilməyib.
Xəbərdə bölüyün əsgərlərinin Q.Gözəlikyanın əlindən təngə gəldikləri və tezliklə ya onun xidmətini davam etdirmək üçün başqa yerə keçirilməsini, ya da həbs edilməsini istədikləri bildirilir.