Norveçdə keçirilən təlimlər zamanı Mustafa Kamal Atatürkün şəkili "şərti düşmən" stendində əks olunduqdan sonra edilən üzrxahlıq kifayət deyil.

Unikal.org bildirir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Siz dünən Norveçdə NATO-nun təlimləri zamanı Türkiyəyə qarşı hörmətsizliyi gördüz. Elə səhvlər var ki, onlar ağılsız deyil, alçaq insanlar tərəfindən edilir. Bu mövzunun bağlı hesab olunması üçün tək üzr istəmək kifayət deyil", - deyə Ərdoğan bildirib.

Ölkə prezidenti NATO-nun Norveçdəki təlimlərindən türk hərbiçilərinin geriyə çağırılması barədə qərarın qəbul olunduğunu da bildirib.