Azərbaycanlı milyarderlər hansı bürclərdə doğulub? - SİYAHI

18 Noyabr 2017 [21:14]


Unikal.org bizplus.az-a istinadən azərbaycanlı milyarderlərin bürclərini təqdim edir.

Vahid Ələkbərov - Qız bürcü



Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın ən zəngin insanları siyahısında ilk qırxlığa daxil olan yeganə azərbaycanlıdır. O, 1 sentyabr 1950-ci ildə Bakının Qaraçuxur qəsəbəsində anadan olub. İş həyatına 8 yaşından başlayıb. Forbesə görə Vahid Ələkbərovun sərvəti 14.1 milyard dollardır.

Qod Nisanov – Buğa bürcü


Yəhudi əsilli Azərbaycanlı iş adamı Qod Nisanov 1972-ci il aprelin 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. 1990-cı ildən etibarən Moskvada biznes ilə məşğul olmağa başlayıb. Forbesə görə Qod Nisanovun 3 milyard dollar sərvəti var.

Zahar İliyev – Qız bürcü



Yəhudi əsilli Azərbaycanlı iş adamı Zarah İliyev də Vahid Ələkbərov kimi qız bürcündəndir. O, 1966-cı il sentyabrın 8-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Zarah İliyev 17 yaşında Quba rayonunu tərk edərək Moskvaya köçüb və ticarətlə məşğul olmağa başlayıb. O, Profsoyuznaya və Qaribaldi küçələrinin kəsişməsində gül satmaqla pul qazanıb. Bir neçə ildən sonra isə Zarah elə bu küçələrin kəsişməsində "Panorama” ticarət mərkəzini tikdirib. Sərvəti 3.2 milyard dollardır.

Araz Ağalarov – Əqrəb bürcü



Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub. 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci

ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1988-ci ildən bizneslə məşğuldur. Forbesə görə Araz Ağalarovun 1,75 milyard dollarlıq sərvəti var.

Fərhad Əhmədov – Qız Bürcü



Siyahımızdakı artıq 3-cü qız bürcündən olan milyarderdir. Fərhad Əhmədov 15 sentyabr1955-ci ildə Bakıda anadan olub. O, gənc məktəbli ikən 48 rubl ilə Moskvaya yola düşüb. Xəz dəri mütəxəssisi kimi Moskva Baytarlıq Akademiyasını bitirib. Bir neçə ildən sonra artıq bütün dünyada neft və qaz şirkətlərinə maşın satmağa başlayıb və daha sonra özü istehsal edib. 1980-ci ildə Londona hərəkət edən ilk azərbaycanlı iş adamı da həmçinin Fərhad Əhmədovdur. İş adamının 1.4 milyard dollar sərvəti var.

Mübariz Məsimov – Qoç Bürcü


1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovunvalideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb. Hazırda iş adamının 1.3 milyard sərvəti var.

İsgəndər Xəlilov – Oxatan bürcü



İsgəndər Xəlilov 1955-ci il dekabrın 9-da Bakıda anadan olub. İxtisasca iqtisadçıdır. Azərbaycanlı iş adamı İsgəndər Xəlilov "Hilton Baku Hotel”in sahibidir. O, bu mehmanxanaya ümumilikdə 140 milyon dollar vəsait yatırıb. İş adamı həmçinin "Toyota Center”in də sahibidir. "Mister Tibot” və "Ramstor” da onun layihəsidir. "İSR-Plaza” mərkəzinin sahibi olan milyarder "McDonalds” şəbəkəsinin də sahibidir. Türkiyədə yerləşən Bodrum Princess Oteli də ona məxsusdur. Rusiyada dizel yanacağı və neft məhsullarının daşınması ilə məşğul olan Resurs Treyding şirkəti də iş adamı İsgəndər Xəlilovundur.

İlham Rəhimov – Oğlaq Bürcü



İlham Rəhimov 14 yanvar 1951-ci ildə Tovuz rayonunda anadan olub. 1970-1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 37 yaşında Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 45 yaşında isə professor elmi adını almışdır. İlham Rəhimov Vladimir Putinin tələbə yoldaşı olub. O, Qod Nisanov və Zarah İliyevlə şərikdir.

Telman İsmayılov - Əqrəb bürcü



Azərbaycan əsilli iş adamı Telman Mərdan oğlu İsmayılov 26 oktyabr 1956-cı ildə Bakı şəhərində anadan olub. Müəyyən səbəblərə görə iş adamı Telman İsmayılov müflis olduğu üçün siyahıdakı digər milyarderlər kimi sərvəti dəqiq bilinmir. Ancaq bir zamanlar onun sərvətinin 3 milyard dollara qədər yüksəldiyi məlumdur. Fəaliyyətinin çiçəklənmə dövrünü isə 2009-cu ildə yaşayıb – Çerkizov bazarı ona gündə təxminən 1 milyon dollar gəlir gətirirdi. Hazırda iş adamı Türkiyədə öz biznesini yenidən böyütməyə çalışır.









SON XƏBƏRLƏR davamı
2017-12-12
2017-12-11










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.94%)
Xeyir (91.06%)