Dünyanın ən böyük video portal olan "Youtube milyonlarla dollar gəlir mənbəyi olan yeni bir peşənin yaranmasına səbəb olub.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, kanal vasitəsilə reklam və izləyici sayı hesabına xeyli miqdarda pul qazanmaq mümkündür. 20 yaşlı amerikalı "Youtubeçu Ceyk Paul da milyonçular sırasındadır.

Ceyk "Youtubeda paylaşdığı videolar sayəsində qazandığı milyonlar hesabına özünə malikanə alıb. Kanalının 12 milyon abunəçisi olan gənc amerikalı yeni malikanəsi üçün 6,9 milyon dollar ödəyib. Evin 8 yataq otağı, 10 hamamı, spa və hovuzu var.