NATO-nun baş katibi bir daha Ərdoğandan ÜZR İSTƏDİ

18 Noyabr 2017 [23:42]


NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə bir daha R.T.Ərdoğandan üzr istəyib və insidentlə əlaqədar görülən tədbirlər barədə ona məlumat verib. 

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Y. Stoltenberq həmin insidentin Türkiyə-NATO münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğu bildirib. NATO rəhbəri gələcəkdə bu cür halların təkrarlanmayacağı üçün tədbirlərin görüləcəyinə dair Ərdoğanı əmin edib.
Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
"Dünən NATO təlimlərində yol verilən hörmətsizliyin şahidi oldunuz. Elə səhvlər var ki, səfeh yox, alçaq adamlar edir. Bu cür mövzu adi üzrxahlıqla bağlana bilməz”, - deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.










SON XƏBƏRLƏR davamı
2017-12-12
2017-12-11










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.94%)
Xeyir (91.06%)