Azərbaycan təmsilçisi Mixail Malkin Sofiyada keçirilən tamblinq üzrə 25-ci Ümumdünya yarışlarının qalibi olub.

Unikal.org-un məlumatına görə, "Ocaq Sport" klubunun 21 yaşlı idmançısı akrobatik cığırda tullanma üzrə yarışda yeddi rəqibindən heç birinə şans verməyib.

O, bu idman növündə sözlərini demiş rusiyalı Aleksandr Lisitsıni və Böyük Britanita təmsilçisi Dominik Mensaxı üstələyib.