İtaliyalı polis atasını, bacısını və onun həyat yoldaşını güllələdikdən sonra intihar edib.

Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, ailə dramı Apulya vilayətinin Sava şəhərində qeydə alınıb.

Qətlin motivləri hələ ki məlum deyil. 53 yaşlı polis cinayətdən sonra intihar edib. Ağır yaralanan polisin xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin ehtimala görə, hadisəyə ailə daxilində baş verən mübahisə səbəb olub.