Ötən gün axşam saatlarından Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın söndürülüb.

Unikal.org bildirir ki, bu barədə "Report"a Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.


13:45 ***

Ötən gün axşam saatlarından Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın davam edir.
Unikal.org "Report"a istinadən xəbər verir ki, təqribən 2 hektar yaylaq ərazisini əhatə edən yanğının söndürülməsinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 15 nəfərdən ibarət şəxsi heyəti və Qax Meşə Mühafizəsi və Bərpası İdarəsinin əməkdaşları cəlb olunub.
FHN-in yaydığı məlumata görə, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur.

11:27***

Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.