Türkiyənin tanınmış müğənnilərindən Safiye Soyman it ətindən zəhərlənib. 

Unikal.org-un Türkiyə KİV-nə istinadən xəbərinə görə, alış-veriş mərkəzində obyektivlərə tuş gələn sənətçi "Amerikada bir dəfə oğrular məni soydu. Ona görə də dəyərli əşyalarımı yanımda saxlamıram. Çoxu bankdadır" deyib.

"Show TV"də yayımlanan "Dünya Güzellerim" adlı verilişdə yer alan Soyman həmin vaxtlarla bağlı xatirəsini bölüşüb:

"Manqalda bişən əti toyuq hesab etdik. O da it əti imiş. Yedikdən sonra mədəm ağrıdı və bulandı. Xəstəxanalıq oldum".