Alış-veriş saytlarının birində qəribə elan yerləşdirilib.

Unikal.org-un məlumatına görə, şəxsi əşyalarını və ya mülklərini satmaq üçün istifadə olunan saytda "kərgədan böcəyi" adı verilən böcək satışa çıxarılıb. Bu böcəyin çətin tapıldığı deyilir. Bu tipli elanlarda bir çox alış-veriş saytlarında verilib. Onlardan bəzisi ilə əlaqə saxlayıb qiymətini öyrənməyə çalışdıq.

Böcəyin satıcılarından biri, Ceyhun adlı şəxs saytımıza danışarkən bu canlının çətin tapıldığını vurğulayıb və əlində hazırda 2-3 dənə bu böcəkdən olduğunu qeyd edib. Onun sözlərinə görə bu əsil kərgədan böcəyidir, bənzəri deyil:

"Məndəki əsil kərgədan böcəyidir. Özüm tutmuşam. Bəzilər on bənzər olduğu üçün daha ucuz qiymətə satır, camaatı aldadır. Mən 600 manata satıram".

Başqa bir satıcı isə satdığı böcəyə daha ucuz qiymət qoydu. Elanı 100 manata yerləşdirsə də 80 manata sata biləcəyini vurğulayıb. Bildirib ki, bu canlını həyətindən tapıb. 

Qeyd edək ki, respublikamızda nadir həşərat növü sayılan "Kərgədan böcəkləri bir sıra xüsusiyyətlərinə görə dünyanın ən güclü böcəyi kimi tanınır. Böcəyin qiymətinin isə 90-100 min ABŞ dolları dəyərində olduğu bildirilir. Bunlardan dünyanın əksər ölkələrində, daha çox isə Yaponiyada döyüş məqsədilə istifadə olunur. Elə bu səbəbdən də onlara döyüşkən "Kərgədan böcəkləri deyilir, çünki bu böcəklərin öz çəkisindən 30 dəfədən çox ağır yük götürmək və çəkmək qabiliyyəti var.

Belə növ döyüşkən böcəklərin qiyməti 90-100 min ABŞ dolları dəyərində qiymətləndirilir. "Kərgədan böcəyi 5 sm, bəzi hallarda isə 10-12 sm-ə qədər inkişaf etmə xüsusiyyətinə malikdir.

Aygün İlqarqızı